17:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğının başlaması barədə ilkin məlumat daxil olub.
Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
FHN-dən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Lökbatan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əlavə məlumat veriləcək.