Yuxarı

Mənə fəxri ad versələr, özümü təhqir edilmiş sayaram

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənə fəxri ad versələr, özümü təhqir edilmiş sayaram

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adların ləğv ediləcəyini açıqlayıb. Sabiq nazir mətbuata müsahibəsində bildirib ki, bir vaxt gələcək, fəxri adlar ləğv olunacaq:

"Onlar Sovet dövründən qalıb. Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi. O vaxt ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, adlar saxlanılsın. Şou-biznesdə onlarla istedadlı insan var ki, tanınır, toylara çağırılır, pul qazanır və heç bu ad haqqında düşünmür də".

Şou-biznesdə tanınan və fəxri ad siyahılarından kənarda qalan müğənnilərdən biri də Nadir Qafarzadədir.

Kult.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında 55 yaşının olduğunu xatırladıb:

"Bu yaşdan sonra nə fəxri ad? Bir ayağım gordadır, biri də bayırdan asılı vəziyyətdə. Bundan sonra fəxri adı neynirəm? Həmin ad bundan sonra mənim nəyimə lazımdır?"

Nadir Qafarzadənin sözlərinə görə, ona bu yaşa kimi heç kimdən, hansısa qurumdan fəxri adın verilməsi ilə bağlı təklif olmayıb:

"Bu günə kimi bir adam demədi ki, sənə də ad vermək istəyirik, nə deyirsən və s. Bundan sonra veriləcək olsa da, artıq mənə lazım deyil. Gecdir. Hətta bundan sonra eşitsəm ki, mənə ad verilib, oturub gülərəm. Özümü təhqir edilmiş hesab edərəm".

Tarix
2025.06.18 / 13:37
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla