Yuxarı

FHN-in strukturlarında 26 iyunla bağlı tədbirlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in strukturlarında 26 iyunla bağlı tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyinin strukturlarında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda Ümummilli Liderin Silahlı Qüvvələrimizin formalaşmasında tarixi xidmətlərindən danışan natiqlər vurğulayıblar ki, hələ sovetlər birliyində yaşadığımız illərdə Ulu Öndərin bilavasitə təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb peşəkar milli hərbçi kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, onlarla Azərbaycan gənci İttifaqın nüfuzlu ali hərbi məktəblərində təhsil alıblar.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də genişmiqyaslı və köklü islahatlar aparılaraq bugünkü rəşadətli Azərbaycan Ordusunun əsası qoyulub. Ümummilli Lider tərəfindən başlanılan milli ordu quruculuğu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilib, Silahlı Qüvvələrimizin müdafiə qüdrəti və döyüş qabiliyyəti daha da artırılıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli Ordusuna çevrilib.

Böyük qürur və iftixar hissilə bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərlə və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri ilə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tarix
2025.06.25 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla