Yuxarı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Bir dəfəyə çox miqdarda qida qəbul etmək ürək üçün təhlükə yaradır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Mixail Ginzburq həddindən artıq yeməyin ürək-damar krizinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bir oturumda çox miqdarda qida qəbul etmək ürək üçün təhlükə yaradır, çünki bu, orqanın üzərinə düşən yükü əhəmiyyətli dərəcədə artırır. Həkimin sözlərinə görə, işemiya, qan dövranı pozğunluqları və ya koronar sindrom kimi mövcud xəstəlikləri olan şəxslərdə həddindən artıq qida qəbulu sağlamlıq vəziyyətinin kəskin pisləşməsinə səbəb ola bilər.

Xüsusilə, bir dəfəyə çox miqdarda qida qəbul etmək tənəffüs pozğunluqlarına və təngnəfəsliyə gətirib çıxara bilər.

Bu, həmçinin ürək döyüntülərinin sürətlənməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb olur, mövcud sağlamlıq problemləri olan insanlarda bu fizioloji dəyişikliklər ürək-damar böhranı ilə nəticələnə bilər.

Həkim əlavə edib ki, həddindən artıq yemək həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərir, xolesistit və ya pankreatit kimi xəstəliklərə yol aça bilər.

Bundan əlavə, tez-tez böyük porsiyalarla qidalanan şəxslərdə artıq çəki yaranma ehtimalı yüksəkdir. Bu isə öz növbəsində onları piylənmə ilə əlaqəli xəstəliklərə, o cümlədən hipertoniya, ateroskleroz, şəkərli diabet və podaqraya qarşı daha həssas edir.

Tarix
2026.11.03 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla