Yuxarı

Rus təyyarəsini qaçıran azərbaycanlı – Putinin partiyasındadır

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 dekabr 1985-ci il. Moskva. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçova zəng gəlir:

- Yoldaş baş katib, Sovet təyyarəsi oğurlanaraq Çin Xalq Respubilasına qaçırılmışdır. Yakutsk Mülki Aviasiya Administrasiyasının 42845 saylı AN-24 təyyarəsi Yakutsk - Çita - İrkutsk marşrutu üzrə 101/435 reysi Çitaya yaxınlaşırdı ki, dispetçer gözlənilmədən təyyarədən kursu dəyişməli və cənuba getməli olduğu barədə şifrəli mesaj aldı. Dispetçer bu barədə Çita şəhər rəhbərliyinə məlumat verib. Tapşırığınız necə olacaq?..

Qərar təyyarəni və qaçıranın dərhal geri gətirilməsi üçün Çin rəhbərliyi ilə əlaqə qurulması olur.

Məlum olur ki, təyyarəni qaçıran ikinci pilot, 1952-ci ildə anadan olan Şamil Hacı oğlu Əlimuradovdur.

19 dekabr 1985-ci il. Yakutsk

Təyyarə Çitaya yaxınlaşanda Şamil Hacı oğlu Əlimuradov kabinəyə daxil olub. Qapını daxili qıfılla bağlayıb və mətbəx bıçağını kapitanın boğazına söykəyib. Çinə doğru uçmağı tələb etdi. Kapitan xüsusi düymə vasitəsilə dispetçerə təyyarənin qaçırılması barədə məlumat verə bilib. Daha sonra o, təyyarəni hərbi aerodrom istiqamətinə yönəltmək istəsə də, Almuradov manevri tanıyıb və tələb olunan kursa sadiq qalmağı tələb edib.

19 dekabr 1985-ci il. Çin

Saat 14:30-da yerli kolxozun sədr müavini Liu Quoyi əraziyə eniş edən təyyarəni görüb. Müşahidə üçün beş adam göndərib. Geri qayıdanlardan ikisi təyyarənin Rusiyaya aid olduğunu bildirib, lakin onlarla ünsiyyət qura bilməyiblər, çünki Çin dilini bilmirlər. Liu Şəhər Şöbəsinə xəbər göndərib. Çin hüquq-mühafizə orqanları axşam saat 8-ə qədər hadisə yerinə gəliblər. Gələnlərdən biri rusca yaxşı danışırmış. O, komandir və Əlimuradovla danışıb. Şamil təslim olub və sığınacaq istəyib. Onu bir maşın aparıb, qalan sərnişinləri isə şəhərə aparıb geyim, qalmaq və yeməklə təmin ediblər.

Hüquqi proses:

Çinin Harbin şəhərində yazdığı izahatda Şamil özü haqqında qeyd edir:

“1969-cu ildə orta məktəbi bitirib Bakıdakı Politexnik İnstitutunun əyani şöbəsinə daxil oldum. İki həftədən sonra maddi səbəblərə görə institutu tərk etdim. Böyük ailəmiz var idi. Yarım il Bakı Fayans Zavodunda işləmişəm. 1970-ci ildə Sasovo Uçuş Məktəbinə daxil oldum. İlk vaxtlar dil bilmədiyim üçün çətin idi. Amma üç aydan sonra bu problem aradan qalxdı. Fizika və riyaziyyatı yaxşı bilmək kömək etdi. 1972-ci ildə məktəbi bitirmişəm. 1977-ci ildə Kirovoqrad Ali Uçuş Məktəbində AN-24 təyyarəsində yenidən hazırlıq keçdim. Leninqrad Mülki Aviasiya Akademiyasında 1980-ci ildə diplomu müdafiə edib Yakutska qayıtdım. Bir müddət işlədim, sonra mənə təzyiqlər başladı. Məni psixitariya xəstəxanasında yatmağa məcbur etdilər, sonra xarakteristika vermədilər. Çox əziyyət çəkdim. Qərara gəldim ki, SSRİ-ni tərk edib qaçım. “Düşmənin dostu dostumdur” deyərək Çinə qaçmağa qərar verdim”.

4 mart 1986-cı ildə Harbində yerli qanunlara əsasən səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə SSRİ-dən olan diplomatlar da iştirak ediblər.

Məhkəmədən sonra Əlimuradov Çində qəsəbələrdə yaşayıb və hətta universitetdə rus dilindən dərs deyib. Çinli qızla ailə qurub. Üç ildən sonra onu SSRİ-yə köçürblər. 1990-cı il iyunun 21-də o, Yakutskda, artıq sovet qanunlarına əsasən, daha beş il müddətinə azadlıqdan məhrum edilib.

Qaçırılan An-24 1986-cı ilin yanvarında Sovet İttifaqına təhvil verilib. Təmirdən sonra təyyarə fəaliyyətini davam etdirib. 2000-ci ildə təyyarə Yakutsk hava limanında saxlanılıb.

Hazırda Əlimuradov sahibkardır, “Vahid Rusiya” partiyasının üzvüdür. Ailəlidir və iki yaşlı kiçik oğlu var. Rusiya həbsxanasından çıxandan dərhal sonra birinci arvadı Çində avtomobil qəzasında dünyasını dəyişdiyi üçün qızını yanına gətirib.

Tarix
2025.06.30 / 20:39
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla