Yuxarı

Roza Zərgərli yeriyə bilmir - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roza Zərgərli yeriyə bilmir - Video

Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayımladığı son video izləyicilər arasında ciddi ajiotaj yaradıb.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, videoda sənətçinin yeriməkdə çətinlik çəkdiyi aydın görünür. Kadrlarda Roza addım atmağa çalışsa da, bu, ona ağrılı və müşkül başa gəlir. Müğənni eyni zamanda yaxın günlərdə Rusiyanın Vladiqafqaz şəhərində konsert proqramı ilə çıxış edəcəyini elan edib.

Qeyd edək ki, Roza Zərgərli ötən il dördüncü mərhələli koksartroz – yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını, bu səbəbdən də yeriməkdə ağır fiziki əziyyətlər çəkdiyini açıqlamışdı:

“Bud-çanaq oynaqlarımda böyük problemlərim var. Mən hər il bununla bağlı əməliyyat olunuram. Bəzən isə sosial şəbəkə əhli mənim bu xəstəliyimi bilməyə-bilməyə yazırlar: "Roza raxitdir, ayaqları əyridir... Roza nə gündəsən... Bir yeri Rozanın çox böyükdür”. Əslində mən real həyatda ekranda göründüyü kimi artıq çəkili deyiləm və bədən formalarım da normaldır. Bu xəstəliyi olan mənim kimi insan yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrıya-ağrıya və bu ağrılardan qurtulmaq üçün ağrıkəsici dərmanlar qəbul edərək öz tamaşaçılarımın qarşısına gəlirəm”.

Tarix
2025.06.27 / 14:20
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla