Yuxarı

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

TRİPP layihəsinin həyata keçirilməsi Azərbaycanın regionla nəqliyyat əlaqələrini genişləndirə, həmçinin Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen deyib.

Onun sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqələrinin deyil, digər potensial nəqliyyat marşrutlarının da inkişafını nəzərdə tutur:

"Onun icrasına məsul şirkət yaradıldıqca və marşrutun konkret parametrləri müəyyənləşdikcə qeyri-hökumət təşkilatlarının iştirakı üçün də yeni imkanlar yaranacaq. Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, bu proses çərçivəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin inkişafını da görəcəyik. Mənim fikrimcə, burada qeyri-hökumət təşkilatları böyük rol oynaya bilər”.

Diplomat, həmçinin hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəallarını bir araya gətirən “Sülh Körpüsü” təşkilatının fəaliyyətini xatırladıb:

“Bu cür təşəbbüslər Ermənistan və Azərbaycan cəmiyyətləri arasında əlaqələrin inkişafına töhfə verə bilər”.

Tarix
2026.11.07 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla