Yuxarı

Şahzadə Diananın əşyaları hərracda rekord məbləğə satıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahzadə Diananın əşyaları hərracda rekord məbləğə satıldı

ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diana ilə bağlı ən böyük əşyalar kolleksiyası hərraca çıxarılıb.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, Uels şahzadəsi Dianaya məxsus, üzərində çiçək naxışları olan ipək libas cümə axşamı keçirilən hərracda 520 min ABŞ dollarına satılıb.

Bu geyim "mərhəmət paltarı" kimi tanınır - Diana onu tez-tez xəstəxanalara səfərləri zamanı geyinirdi. Lotun ilkin qiyməti cəmi 50 min dollar oub.

Ümumilikdə hərracda şahzadə Diana və digər Britaniya kral ailəsi üzvləri ilə bağlı 300-dən çox əşya satışa çıxarılıb. Onlar arasında Fransanın keçmiş birinci xanımı Bernadet Şirakın şahzadəyə hədiyyə etdiyi "Dior" çantası da var (5 min dollar start qiyməti ilə 325 min dollara satılıb), bal ayı zamanı Diananın qoyduğu şaftalı rəngli papaq (5 min dollar start qiyməti ilə 26 min dollara satılıb), eləcə də onun paltarları, ayaqqabıları, əl çantaları, imzalı açıqcalar və fotolar yer alır.

Hərrac təşkilatçıları bəyan ediblər ki, bu kolleksiya vasitəsilə iştirakçılara kral həyatının daxili dünyasını görmək, bu insanların kim olduğunu və nəyə dəyər verdiklərini anlamaq imkanı yaradılıb:

"Bu geyimlər və əşyalar tacın arxasında dayanan insani hekayələri açır. Şahzadə Diananın üslubu bu gün də aktuallığını qoruyur - təkcə gözəlliyə görə yox, həm də empatiya ilə dolu olduğuna görə. O, xalqın şahzadəsi idi və elə də qalır".

Tarix
2025.06.27 / 11:50
Müəllif
Kult.az
Digər xəbərlər

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla