Yuxarı

General onu idarə rəisi təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General onu idarə rəisi təyin etdi

Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub.

Axar.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti polkovniki Vüqar Sabir oğlu Həmidli təyin olunub.

O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayaraq Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş inspektoru, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və protokol bölməsinin rəisi, idarənin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi, Beynəlxalq müqavilələrlə iş şöbəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifələrində xidmət edib.

Qeyd edək ki, bundan əvvəl həmin idarənin rəisi gömrük xidməti polkovniki Dilavər Fərzəliyev idi.

Tarix
2026.01.07 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla