Yuxarı

Bu ərazilərə qar yağır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərə qar yağır - Video

10:17

Qubanın Xınalıq kəndinə qar yağıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, kəndə axşam saatlarından qar yağmağa başlayıb.

Gecə ərzində yağan qar nəticəsində Xınalıq kəndi ağ örpəyə bürünüb.

Məlumata görə, dkənddə qarın hündürlüyü artıq 9-10 santimetrə çatıb.

İntensiv yağıntı hələ də davam edir.

***

Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qrız, Xınalıq, Qusar və Şahdağda isə qar yağır. Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110%-ni təşkil edir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı: Qəbələdə 72 (aylıq normanın 57%-i), Lənkəranda 56 (aylıq normanın 22%-i), Sarıbaşda (Qax) 50 (aylıq normanın 41%-i), Oğuzda 41 (aylıq normanın 41%-i), Xaltanda 37 (aylıq normanın 76%-i), Kişçayda (Şəki) 36 (aylıq normanın 41%-i), Şahdağda 33 (aylıq normanın 52%-i), Astarada 29, Qusarda 28 (aylıq normanın 44%-i), Xınalıqda 27 (aylıq normanın 42%-i), Zaqatalada 27 (aylıq normanın 27%-i), Sabirabadda 25 (aylıq normanın 61%-i), Xızıda 25 (aylıq normanın 44%-i), Qrızda 22 (aylıq normanın 45%-i), Balakəndə 19, Yardımlı və Göyçayda 14, Qobustanda 12, İsmayıllıda 11, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm qeydə alınır. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.

***

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab, Naftalanda arabir yağış, Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağır.

Tarix
2026.10.03 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla