Yuxarı

Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı

09:09

Tovuzda yanğın hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində evdə olan N.Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən qadın həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb.

İlkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.

Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1 kv.m sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2026.10.03 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla