Yuxarı

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

Prezident İlham Əliyevin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan idarəetmə modeli ilə bağlı açıqlamaları bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirdi. Bununla yanaşı, dövlət başçısı oxşar islahatların ölkə üzrə tətbiqinin yaxın vaxtlarda nəzərdə tutulduğunu demədi.

Bu sözləri Axar.az-a açıqlamasında deputat Fazil Mustafa icra hakimiyyəti orqanlarının ləğv edilib-edilməyəcəyi barədə danışarkən deyib.

Onun sözlərinə görə, sözügedən idarəetmə modeli effektivdir, lakin onun digər rayonlarda necə işləyəcəyini araşdırmadan tətbiq etmək doğru olmaz:

“Prezidentin əsas arqumentlərindən biri idarəetmədə daha az məmurun iştirakı və daha çox səlahiyyətin verilməsi məsələsidir ki, bu da olduqca vacib məqamdır. Hazırda icra başçıları cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır, lakin səlahiyyətləri kifayət qədər deyil. Onların nə şəhərsalma, nə də idarəetmənin digər sahələri üzrə ciddi qərar vermə imkanları yoxdur”.

Deputat vurğulayıb ki, mümkün islahatlar icra hakimiyyətlərinin avtomatik ləğvi mənasına gəlmir:

“Yerli idarəetməyə “hakimiyyətsizlik” prizmasından yanaşmaq düzgün deyil. Prezidentin xüsusi nümayəndəsi institutu ilə yanaşı, bələdiyyə institutunun inkişafı daha məqsədəuyğun ola bilər. Bu yanaşma əhalinin idarəetmədə iştirakını artırar və ictimai nəzarətin daha effektiv qurulmasına şərait yaradar.

Bu məsələlər ətrafında ciddi müzakirələr aparılmalı və xüsusilə bələdiyyələrin inkişafına diqqət yetirilməlidir. Bütün hallarda icra hakimiyyətləri ilə bağlı yeni strategiyanın hazırlanacağı ehtimal olunur, lakin bu islahatların yaxın vaxtlarda həyata keçiriləcəyi barədə hələlik dəqiq mövqe ifadə olunmayıb”.

Tarix
2026.01.07 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla