Yuxarı

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa Birliyi, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.

Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.

Tarix
2026.01.07 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla