Yuxarı

Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi

Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Sayman Aruzun vəzifədən kənarlaşdırılmasının İranın xüsusi xidmət orqanlarına necə təsir edəcəyi bəlli idi - illərlə yetişdirilib, formalaşdırılıb, Cənubda şeir yarışında qalib elan edib, sonra Eldar Mahmudovun nazir olduğu zaman milli təhlükəsizlik sistemində yaranmış boşluqdan sui-istifadə edərək, Azərbaycana göndərdiyi və burada böyütdüyü bir şəxsin “sıradan çıxarılması” yönündə ilk addım əlbəttə ki, ETTELAAT-ı qane etməyəcəkdi.

Buna görə də Sayman Aruz 23 dekabr 2025-ci ildə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri statusundan məhrum edilən kimi İranın Azərbaycana qarşı yaratdığı “Səhər” kanalının dərhal reaksiyası gözlənilən idi.

Amma “Səhər” xüsusi canfəşanlığı ilə özünü ifşa etdi. Çünki adi məntiqlə sual yaranır: Sayman Aruzun müstəqil Azərbaycanın Yazıçılar Birliyində vəzifədən alınması və xalq şairi Sabir Rüstəmxanlının AYB-nin Güney komissiyasına rəhbərlik etməsi niyə “Səhər”i narahat etməlidir?

Məntiqlə bu komissiyaya Sayman Aruzun rəhbərlik etməsindən “Səhər” daha çox narahat olmalıdır: Sayman İranda böyüyüb, İran türməsi görüb (guya), təzyiqlərlə üzləşib (guya), İranı, ordakı ədəbi mühiti daha yaxşı izləmək imkanındadır, farscanı bilir, güneyli gənclərlə əlaqəsi daha genişdir və ilaxır. Belə bir şəxs AYB-nin Güney komissiyasına rəhbərlikdən uzaqlaşdırılırsa, əvəzində, özlərinin dediyi kimi, “79 yaşlı” (yəni “enerjisi tükənmiş”), farsca bilməyən, Güneydəki gənclərlə geniş əlaqəsi olmayan bir şəxs gəlirsə, “Səhər” niyə sevinmir? Niyə 48 yaşlı “enerjili” Sayman Aruzun çıxmasından və yerinə “yaşlı” adamın gəlməsindən zövq almır?

Sayman Aruz istedadlıdırmı? Xüsusi qabiliyyətə sahibdirmi?

Qətiyyən! Bu adamın xalq şairimiz də daxil olmaqla, bir çoxunun şeirini oğurlayıb kitabına salmasından tutmuş İranın farsca yazan müəlliflərinin əsərlərini azərbaycancaya çevirib özününküləşdirməsinə qədər, onlarla fakt dəfələrlə səsləndirilib, hətta bu adam AYB-nin adından güneylilərə diplomlar da satıb, ancaq heç nə Sayman Aruzun vəzifəsindən getməsinə səbəb olmayıb. Vaxtilə bu şəxsin PA-nın şöbə müdiri Əli Həsənovun təşəbbüsü ilə AYB-nin Güney komissiyasına rəhbər gətirildiyini də yazmışdıq - Əli Həsənov İranla rəsmi münasibətlərin qorunmasından məsul idi və Tehranın bəzi şərtlərini də burda tətbiq edirdi. Təsadüfi deyil ki, Güneydən yüzlərlə yazar, yaradıcı insan, hətta Azərbaycana sərmayə qoyan biznesmenin burada vətəndaşlıq alması qeyri-mümkündür; Azərbaycan Araz Elsəsin konsertinə belə “ikitərəfli münasibətləri pozmamaq üçün” imkan verməyib illərlə, o cümlədən yüzlərlə disident - onlardan bir çoxu Azərbaycan vətəndaşı ilə ailə qursa da - Azərbaycan vətəndaşlığını ala bilməyib. Ancaq nədənsə İrandan qaçan “disident”, İrana qarşı ən kəskin çıxışların müəllifi Sayman Aruz Azərbaycan vətəndaşı ola bilib, sonra da Araz sahilinə gedib, İrana barmağını uzadıb, lənət oxuyub, rəsmi kanalda bunu yaya bilib və İran dövləti nədənsə qəti etiraz etməyib. Əvəzində isə Sayman Aruz AYB-nin Güney komissiyasının rəhbəri vəzifəsindən çıxarılan kimi İranın mediası buna qarşı kampaniya başladır.

Sayman Aruz - vaxtilə yetişdirildiyi şəbəkənin layiqli davamçısıdır, necə ki, təmsil olunduğu qrup trollar ordusuna sahibdir, ölkə daxilində və xaricdə bu trollar xüsusi kanallarla maliyyələşir və lazım olanda aktivləşirlər. Bu troll dəstəsinin iş üslubuna baxmısınızmı?

Eyni üslubdur - ən pis, ən eybəcər söyüş, təhqirlərdən istifadə ilə qarşı tərəfi susdurmaq!

Tanış gəldimi bu üslub-sistem?

Sayman Aruz da vəzifədən alınan kimi həmin troll dəstəsi hücuma keçib və ən pis söyüşlərlə, təhqirlərlə hamilərinə sədaqətlərini göstərirlər.

İş o yerə çatır ki, AYB açıqlama yaymağa və bu troll şəbəkəsinə dəstək verən “AYB-dən qovulmuşlara” xəbərdarlıq etməyə məcbur olur.

Qəribə situasiyadır: Azərbaycan Yazıçılar Birliyi qurumdan qovulanların Sayman Aruzu müdafiə etməsi və AYB-ni, Anarı təhqir etməsini pisləyir və həmin açıqlamada bildirilir ki, Sayman Aruz “Güney ədəbiyyatının bilicisi kimi Anarın müşaviri vəzifəsinə davam edir”. Sanki troll sürüsünün söyüşləri qarşısında əlini qaldırıb, sahiblərinin vəzifədə qalmasını xatırlatmaqla aman diləyirlər.

Halbuki AYB - Anar müşavirini çağırıb tələb etməlidir ki, sənin “ətrafın” sayılanlar, həmişə sənə qarşı bir yazı, mövqe olan kimi, qarşı tərəfi ən pis söyüşlərlə təhqir edən trollar niyə indi AYB-ni söyür? Anar niyə müşavirindən tələb etmir ki, mənəvi dəyərlərə görə mənim AYB sıralarından qovduğum şəxs hansı zərurətdən sənin yanındadır və bu böyüklükdə qurumu, sədrini təhqirlərə qərq edir?

Sayman Aruzun xanımı o vaxt DAK rəhbərliyində təmsil olunurdu - Qulamrza Səbri Təbrizinin sayəsində. DAK rəhbərliyinə İrana getmək yasaqdır, “çünki”si hər kəsə aydındır. Üstəlik, bu xanım “disidentin” həyat yoldaşıdır.

O, niyə İrana, Tehrana və Təbrizə səfər etmişdi? Niyə Sayman Aruz xanımının İranda həbsi barədə Bakıda hay-küy qaldırmışdı? Niyə xanımı bu həbs xəbərini təkzib etdi və 15 gündən sonra Bakıya qayıdıb, heç nə olmadığını dedi? (Bu barədə ətraflı BURADA).

Bunları araşdıracaq qurum AYB deyil, ancaq Anar öz müşavirinin kimliyini bilməmiş olmaz - dünyagörmüş ziyalı, böyük intuisiyasi, erudisiyası olan yazıçıdır, istedadlı şəxsdir və hər kəsin kimliyini gözəl bilir.

Müşavirinin trollarının söyüşlərinə dözüm göstərməsinin də bir hikməti var yəqin!

Tarix
2026.01.02 / 22:58
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla