Yuxarı

“Arvad”dan hürkən deputata ər cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Arvad”dan hürkən deputata ər cavabı

Bu gün Milli Məclisin iclasında çıxış edən Bəhruz Məhərrəmov qanunvericilikdən “arvad” sözünün çıxarılması təşəbbüsü ilə çıxış edib.

Hörmətli deputat fikrini belə əsaslandırıb:

- ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir;

- açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar.

Əlbəttə ki, bu cür - həm dil biliyi, həm də hüquqi təsəvvür tələb edən - təşəbbüs irəli sürənin tərcümeyi-halı maraqlı gəlir. Öyrəndik ki, B.Məhərrəmov 2000-2004-cü illərdə jurnalistika təhsili alıb, hətta bir müddət ATV-də də çalışıb.

2007-11-ci illərdə isə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurub, hüquq üzrə doktorantura təhsili alıb, 2018-ci ildən hüquq üzrə fəlsəfə doktorudur. Yəni əslində ixtisaslarına uyğun danışıb.

Amma... başlayaq ilk təhsilindən, yəni ana dilinə yaxın olan və dil bilikləri tələb edən jurnalistikasından:

1. “Semantikanın transformasiyası” anlayışı yoxdur - “semantika” elmin adıdır, “semantik dəyişiklik”dən söhbət gedə bilər. Öz fikrini sadə, anlaşılan dildə deyil, terminlərlə ifadə etməyə çalışmaq heç də savad əlaməti sayılmır, əksinə, bəziləri bu terminlərdə özünü itirib-batırır...

2. Hörmətli deputat iddia edir ki, bu gün heç bir xanım ona QEYD ETDİYİM (fərqləndirmə bizimdir) bu ifadə ilə müraciət edilməsini arzulamaz.

Əlbəttə, axı B.Məhərrəmovun “qeyd etdiyim” deyib, təkrar dilə gətirməkdən qorxub-utandığı, abır elədiyi, ayıb saydığı “arvad” sözü ümumi müraciət forması deyil - necə ki, “qadın” da ümumi müraciət forması statusu almayıb.

Biz kimə “bağışlayın, ay arvad” və ya “ay qadın” deyirik ki?

Hörmətli deputat fikrinin davamı kimi həm də hüquqi biliklərinin tətbiqinə çalışıb və deyib:

“Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib”.

“Həyat yoldaşı” anlayışı hər iki tərəfə şamil olunan ümumi söz birləşməsidir. Diqqət edirsinizmi, söz deyil, söz birləşməsidir - çünki min illərə dayanan ailə dəyərlərində “tərəflərin” öz adı olur, olmalıdır və var: əgər bir məfhum söz birləşməsi ilə ifadə olunursa, bu o deməkdir ki, həmin anlayış dilin yaddaşında və demək ənənədə yoxdur!

Ailədə həm kişinin, həm də qadının çox aydın rolunu ifadə edən “ər” və “arvad” sözləridir (Yeri gəlmişkən, bax burda “ər”lə bağlı “semantika transformasiyası” baş verib).

Bunu bir az açıqlayaq: Azərbaycan dilində antonimlərin hansı geniş anlayışı ifadə etdiyini anlamaq lazımdır. Məsələn, bu kontekstdə “kişi”nin antonimi qadın, “ər”in antonimi “arvad”dır. Əgər “arvad”ı dildən, hüquq ədəbiyyatından çıxarırıqsa, “ər”i də çıxarmalıyıq.

O ki qaldı “həyat yoldaşı” söz birləşməsinə, “ər” - kişi, “arvad” - qadındırsa, “həyat yoldaşı” - “orta cinsdir”, samirbağırovdur, ona görə də onun antonimi yoxdur, hər iki tərəfə şamil olunur. Türk təfəkkürü “orta cins” anlayışını heç vaxt qəbul etməyib, Bəhruz Məhərrəmov, başa düşürsünüzmü?

Hörmətli deputat, Azərbaycan dilində “gey” sözünün qarşılığı hələ də mövcud deyil - yuxarıda bunu ifadə etmək üçün “samirbağırov”dan istifadə etməyə məcbur qaldım.

Yəni dil - tarixdir, ədəbiyyatdır, adət-ənənədir, coğrafiyadır, riyaziyyatdır, geyimdir, fəlsəfədir, xalqın ictimai yanaşmasıdır, özünüifadəsidir, düşüncə tərzidir, hüquqdur... Bir deputat bir çıxışında Qərbin “əxlaqi aşınma” təzyiqindən danışa-danışa “arvad” sözünə qarşı çıxıb, “ər”i “orta cinsə” çevirməklə nəyə xidmət etdiyini və nəyi təbliğ etdiyini anlamırsa, ona deyəcək heç bir söz qalmır!

P.S. Bəhruz Məhərrəmov jurnalistikadan getməklə jurnalistika və dilə necə böyük xidmət göstərdiyini bugünkü açıqlaması ilə təsdiqlədi.

Ancaq hüquq sahəsinə gəlməklə hüquqşünaslığa nə verdi? Ümumiyyətlə, ailə institutu haqda bu cür düşüncə sahibinin hüquq sahəsinə gəldiyini iddia etmək bir az çətindir.

İxtisas seçimi - özünü bir sahəyə həsr etməkdir. İxtisas dəyişirsə və xüsusilə karyeranın diktəsi altında yeni ali təhsil almaq zəruriləşirsə, bu artıq “özünü... həsr etmək” yox, “özünə... həsr etmək” olur!

Tarix
2026.05.26 / 21:21
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə görüşdü

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Azərbaycanlı prezidentlər bir-birini təbrik etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla