Yuxarı

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç qardaş ölkədə bəzilərinin BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyəti üzvünün zaldan çıxmamasına görə Azərbaycana qarşı qara kampaniyaya etiraz edib.

Axar.az xəbər verir ki, Hulusi Kılıç bu etirazını sosial şəbəkə hesabında “Can Azərbaycana saldıranlara mesajım” adı ilə paylaşıb.

“- Türkiyə və Azərbaycan xalqları bir ailədir; buna görə də onlar vahid bir millətdir.

- Can Azərbaycanımıza yönəlmiş ədalətsiz, məsuliyyətsiz və məlumatsız tənqid və hücumlar, əslində, ailəmizə yönəlmişdir. Bu ədalətsiz, məsuliyyətsiz və məlumatsız hücumlar yalnız bizi sevməyənləri sevindirməkdədir.

- Türkiyə-Azərbaycan qardaşlığı əsrlərə söykənən qardaşlıqdır. Bu, 1915-ci il Çanaqqala müharibəsi zamanı minlərlə azərbaycanlı qardaşımızın türk əsgərləri ilə çiyin-çiyinə düşmənə qarşı vuruşaraq şəhid olması ilə nümayiş etdirilən tarixi həmrəylik nəticəsində möhkəmlənən və 15 iyun 2021-ci ildə imzalanıb hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsi ilə daha da gücləndirilən bir bağdır.

- Azərbaycan suveren və müstəqil dövlətdir. O, digər dövlətlərlə olan strateji əməkdaşlıq, hədəflər və maraqlar — həm keçmiş, həm də gələcək — əsasında öz xarici siyasətini müəyyən edir.

Heç kimin bu məsələyə qarışmaq və ya bununla bağlı şərtlər diktə etmək hüququ yoxdur”.

Tarix
2026.09.27 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla