Yuxarı

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Dünya mediası Çin lideri Si Szinpinin Amerika Birləşmiş Ştatlarına səfərinin və Prezident Donald Trampla müzakirələrinin yekunlarını analiz edən məqalələr yayımlayıb. Ümumi mənzərə belədir: Si Szinpin Vaşinqtonda yüksək səviyyədə qarşılandı, ABŞ Prezidenti Donald Tramp qonağını hava limanında qarşıladı ki, bu da ölkə tarixində qeyri-adi hadisədir. ABŞ-a səfər edən rəsmilər adətən prezident tərəfindən Ağ Evin qapısında qarşılanır. Tramp Si üçün istisna qarşılanmaya qərar verdi. Bununla Tramp Çin liderinin şəxsinə hörmətini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İki ölkənin liderləri bir-birinin ünvanına tərifllər söyləsələr də, səfər zamanı fikir ayrılığı yaradan mövzularla bağlı razılaşma əldə olunmayıb. ABŞ Tayvana hərbi texnika satmaq siyasətindən imtina etmək fikrində deyil, bu, Donald Trampın səlahiyyətində də deyil. Tayvanın silahlandırılması məsələsində son söz Konqresə məxsusdur. ABŞ qanunvericilərinin əksəriyyəti isə Çinin siyasətinə tənqidi yanaşır və Tayvana hərbi dəstəyin davam etdirilməsi qənaətindədir. Tramp sadəcə, Tayvana hərbi texnika satışını müvəqqəti dayandıra bilər. Bunun qarşılığında Pekin Vaşinqtonun istəyi əsasında İrana dəstəkdən imtina etməyəcək. Təsadüfi deyil ki, Vaşinqtonda İranla bağlı şifahi razılaşma əldə olunmayıb. Si Szinpin sadəcə onu deyib ki, o müharibənin əleyhinədir və ABŞ-la İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

Donald Tramp Çinə yüksək gömrük vergilərinin tətbiqini müvəqqəti dondurub. Ancaq bu məsələ də hələ həll olunmayıb. Si Szinpin azad ticarətin tərəfdarıdır. Donald Tramp isə hesab edir ki, Çinlə ABŞ arasında idxal-ixrac əməliyyatlarında gəlir bərabərləşməlidir. Çin Amerikaya daha çox məhsul satdığından gəlirlərin bərabərləşməsi çətindir. 2004-cü ildə Çinin istehsal həcmi ABŞ-ınkının yarısı qədər idi; iyirmi il sonra isə bu rəqəm ikiqat artıb. Bu, məqsədyönlü və davamlı siyasətin nəticəsidir. Ümumilikdə Çinin ticarət profisiti 1,2 trilyon dollara çatıb ki, bu da tarixdə hər hansı bir ölkə tərəfindən qeydə alınan ən böyük göstəricidir.

Vaşinqtonla Pekin arasında ticarətin necə aparılmasıyla bağlı razılaşma əldə edilmədiyinə görə də Pekin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Çinin bu qərarı ABŞ-la yanaşı qonşu və Avropa ölkələrinə də aiddir. Bu ölkələr Çinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmasını Pekinin təzyiqi kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, sentyabrın əvvəlində ABŞ-ın ev sahibliyi etdiyi “Böyük İyirmilərin” maliyyə nazirlərinin görüşündə Çinin kritik iqtisadi və geosiyasi məsələlərdəki tərəddüdləri səbəbindən birgə bəyanat barədə razılıq əldə olunmadı.

Bu arada, Çin istehsalı olan elektrikli avtomobillərə qarşı hazırda qurulan tarif səddi, demək olar ki, heç bir digər məsələdə həmfikir olmayan siyasi sistemləri və iqtisadi modelləri əhatə edir. ABŞ, İndoneziya, Hindistan və digər dövlətlər Çin istehsalı olan elektrikli avtomobillərə yüksək tariflər tətbiq edirlər”, - politoloq bildirib.

Tarix
2026.09.27 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla