Ana səhifə Gündəm |
2010-cu il, 22 sentyabr. Mediada belə bir məlumat yayılır ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, DAK Əlaqələndirmə Şurasının icraçı direktoru, fəlsəfə elmləri doktoru Elza İsmayılova Təbrizdə ETTELAAT tərəfindən oğurlanıb.
Əvvəlcə onun AMEA-nın işçisi, "çoxsaylı kitablar müəllifi" və İrana da tədqiqat çərçivəsində getdiyi iddia edilsə də, qısa zamanda bu təkzib edilir. Bildirilir ki, sentyabrın 10-da E.İsmayılova İrana müalicə məqsədilə gedib və Təbrizdə qayınatası Qulaməli Həsənzadənin evinə yerləşib. Daha sonra isə İran xüsusi xidmət orqanları tərəfindən qayınatası ilə birgə həbs edilərək, naməlum istiqamətə aparılıb.
Onun həbsi barədə Bakıda böyük hay-küy qaldıran isə Elza İsmayılovanın əri, hazırda əksəriyyətin tanıdığı Sayman Aruz idi.
S.Aruz bütün media qurumlarına bu şəkildə açıqlama vermişdi:
“Bu gün (22 sentyabr 2010-cu il – red.) səhər radələrində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının icraçı direktoru, fəlsəfə doktoru Elza İsmayılova Təbriz şəhərində qaldığı evdən naməlum şəxslər tərəfindən oğurlanıb. Elza İsmayılova Tehrana müalicə məqsədiylə gedib.
Bu gün səhər saat 8-9 radələrində həyat yoldaşımın oğurlanması ilə bağlı xəbər aldıq. Həyat yoldaşımla birgə mənim atam da naməlum şəxslər tərəfindən oğurlanıb. Sonradan aldığım məlumata görə, atam azad edilib. Amma həyat yoldaşımdan heç bir xəbər yoxdur. Harada saxlandığı da məlum deyil. İranda bu işi ancaq ETTELAAT üzvləri edə bilər”.
Bu istiqamətdə Bakıda böyük ajiotaj yarandıqdan sonra ən maraqlı fakt Elza İsmayılovanın öz açıqlaması olmuşdu. Bir neçə gündən sonra Bakıya qayıdan E.İsmayılova mediaya müsahibəsində demişdi:
“Mənim İran səfərimin yarımçıq qalmasına qəzetlərdə gedən yanlış informasiyalar səbəb oldu. Əslində mən İranda həbs olunmamışdım, yəni proseslər qəzetlərin yazdığı kimi deyildi.
Pasportla bağlı idarədən bildirdilər ki, Tehran tərəfdən sərhəddən keçəndə mənim şəklimin yerinə başqa bir şəkil düşüb. Ayırd etdilər ki, şəkil həqiqətən mənimdir, yoxsa yox? Bununla əlaqədar olaraq qayınatamla həmin idarəyə getdim. Şəklimi çəkdilər və internet vasitəsilə Tehrana göndərildiyini dedilər. Pasportun surətini çıxardaraq mənə qaytardılar. Təbii ki, bu hadisələrin yayılmasına səbəb qayınımın bura - həyat yoldaşıma zəng vurması idi. Həyat yoldaşım da narahat olduğu üçün belə informasiyalar yayıb. Əslində səfərim yarımçıq qaldı“.
Bu, həmin dövrdə medianı başına bürüyən məlumatların qısa təsəvvür üçün verdiyimiz xülasəsidir.
İndi bu məsələlərə aydınlıq gətirməyə çalışaq:
Əvvəla, aydın olur ki, 10 sentyabr 2010-cu ildə Elza İsmayılova “müalicə məqsədilə” Tehrana gedib, amma nədənsə 22 sentyabrda Təbrizdə qayınatasıgildən səsi gəlir.
Sayman Aruz milli fəaliyyətinə, İranda azərbaycanlıların haqlarını müdafiə etdiyinə görə həbs edildiyini, dırnağının çəkildiyini, şallaqlandığını bildirir və sözündən belə çıxır ki, o, Azərbaycan Respublikasına mühacir kimi qaçıb. 2007-ci ildə İranda keçirilən şeir müsabiqəsində birinci yerə çıxdığını deyən, üstündən qısa müddət sonra isə Bakıda peyda olub, ETTELAAT-ın əlindən qaçdığını bildirən şəxs 2010-cu ildə arvadını müalicə üçün Tehrana necə göndərə bilərdi? Axı, bu şəxs doğrudan da İranın hədəfində olan siyasi mühacirdirsə, arvadının niyə “müalicə üçün” Tehrana gedib, 12 gündən sonra isə Təbrizdə atasının evində peydə olmasına razı olmalıydı?
İkincisi, E.İsmayılovanın sözlərindən belə anlaşılır ki, o, əslində saxlanılmayıb və həbs edilməyib – sadəcə, anlaşılmazlıq olub və qayınatası ilə bunları aydınlaşdırmaq üçün polis idarəsinə gedib.
Belədə Sayman Aruz niyə bütün cəmiyyəti aldadaraq, ETTELAAT-ın onun arvadını və atasını saxladığını bildirməli idi? Bu hay-küy və qalmaqal kimə lazım idi?
Üçüncüsü, Sayman Aruz Azərbaycan ictimaiyyətinə yalandan deyir ki, atasını buraxıblar, ancaq həyat yoldaşını saxlayıblar, onun harada olmasından xəbəri yoxdur və bu işləri İranda yalnız ETTELAAT görür.
Halbuki E.İsmayılova qayınatası ilə birgə hərəkət etdiyini, polisə bir yerdə getdiklərini və qısa müddətdən sonra məsələ aydınlaşdığı üçün geri qayıtdıqlarını bildirir. Sayman Aruz “atamı buraxıblar, arvadımı həbs ediblər” kimi ifadələri niyə manipulyasiya edirdi?
Ümumiyyətlə, İrana qatı müxalif olan, İranda azərbaycanlıların dövlətinin olmasını istəyən və İran rejimi ilə mübarizə aparan aktiv bir diaspor təşkilatında – DAK-da önəmli vəzifə tutan şəxsin İranın birbaşa paytaxtına getməsini kimsə izah edə bilərmi?
Hansı müalicəyə gedib? Nədən şikayəti varmış? – bu suallar ayrı söhbətin mövzusudur. Ancaq DAK görəvlisinin, üstəlik “siyasi-milli fəalın”, “dəfələrlə həbs edilib dırnağı çəkilən siyasi mühacirin” həyat yoldaşının ETTELAAT-ın “bıçağı altına” belə rahat şəkildə getməsinin izahı ola bilməz.
Daha doğrusu, izahı var, ancaq bunun “milli fəaliyyətlə” heç bir əlaqəsi yoxdur!
Sayman Aruzun İran agenti və ETTELAAT casusu olması şübhəsizdir və bu xatırlatdığımız olay da bunun təsdiqindən biridir.
İndi isə aydınlaşdıraq: Sayman Aruz DAK görəvlisi olan xanımını Tehrana niyə göndərməli və onun həbsi barədə niyə Bakıda hay-küy qoparmalı idi?
1. Sayman Aruz olduqca önəmli məlumat göndərmək üçün bundan istifadə edib və yaxud hansısa təlimatların alınmasında arvadından istifadə edib.
2. Sayman Aruz arvadının uzun müddət İranda qalmasının Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini çəkməsindən ehtiyatlanıb və ETTELAAT-a onun hansısa formada saxlanılması üçün müraciət edib; ETTELAAT isə arvadını və atasını boş bəhanə ilə polisə dəvət etməklə Sayman Aruza iki məsələdə yardım edib:
a) Sayman Aruz mübariz, İran düşməni və ETTELAAT-ın hədəfində olduğunu geniş planda ictimaiyyətə təqdim edə bilib – hətta o qədər “təhlükəlidir” ki, ETTELAAT onun arvadını saxlayır;
b) Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini yayındırır, guya xanımının İranda çox qalma səbəbini araşdırır.
Əks halda E.İsmayılovanın İrana daxil olandan 12 gün sonra polis idarəsinə çağırılmasının bir adı varmı? Əgər “pasport şəklində yanlışlıq baş vermişdisə”, sərhəddən necə keçmişdi və 12 gün müddətində İranda necə yaşamışdı? ETTELAAT niyə vaxtında tədbir görməmişdi?
Bu suallar bir daha E.İsmayılovanın polis idarəsinə dəvət edilməsinin Sayman Aruz tərəfindən təşkil edildiyini gündəmə gətirir. Çünki onun polisə dəvət edilməsi ilə ən böyük hay-küyü qaldıran və bundan öz məqsədləri üçün istifadə etməyə çalışan Sayman Aruzdur.
Əlbəttə, həmin vaxt – 2010-cu ildə Azərbaycan MTN-i yalnız azərbaycanlı sahibkar və məmurlardan haqq almaq üçün əməliyyat keçirməyə kökləndiyindən, bu primitiv oyunla Eldar Mahmudov komandasını ələ salmaq mümkün idi: çünki ozamankı qeyri-peşəkarlar Sayman Aruzun hay-küyü müqabilində onu çağırıb, arvadını niyə “müalicə üçün” İrana göndərdiyini soruşmayacaqdılar.
3. ETTELAAT saxlayıbsa, pasportda problem varsa, foto “düzgün düşməyibsə” və ən nəhayət, S.Aruz Bakıda böyük ajiotaj yaradıb, arvadının saxlanıldığını bildirməklə, E.İsmayılovanın onun xanımı olduğunu bütün dünyaya elan edirsə, ETTELAAT “bu mübariz, mətin, milli fədainin” xanımını niyə xətir-hörmətlə və qısa müddətdə sənədlərini yoluna qoymaqla azadlığa buraxır və onun Bakıya gəlməsinə şərait yaradır?
Məsələnin digər, ən mühüm məqamı da var: Sayman Aruzun arvadından istifadə etdiyi göz önündədir. Əks halda E.İsmayılova İranda heç bir həbs olmadığını, yanlış məlumatlar yayıldığını və buna görə də İrana səfərinin yarımçıq qaldığını deməz, ərini ciddi şəkildə təkzib etməzdi. Görünür ki, E.İsmayılova ərinin ondan sui-istifadə etdiyinə etirazını bu yolla çatdırıb.
Məhz bu qalmaqaldan sonra gündəmə gələn Sayman Aruz qısa müddətdə tanındı və birbaşa Əli Həsənovun dəstəyi ilə Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsində vəzifə almağı bacardı.
Ancaq həyat yoldaşı - Sayman Aruzun İranda həbs etdirdiyi yeganə şəxs deyil.
Bu hadisədən cəmi il yarım sonra – 2012-ci ilin mayında artıq çoxlarınızın yaxşı bildiyi məşhur olay – Şəhriyar del Gərani və Fərid Hüseynlinin həbsi baş verəcəkdi.
Onları İrana kim göndərmişdi? Hansı məqsədlə? Onların maliyyəsini kim ödəmişdi? Onlar niyə həbs edildilər? Bu oyun kimə lazım idi?
Bu barədə növbəti yazımızda…
Tarix
2023.03.01 / 15:23
|
Müəllif
Anar Niftəliyev
|