Yuxarı

Əylisli danışdı: Adımın Ramiz Mehdiyevlə yanaşı çəkilməsi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əylisli danışdı: Adımın Ramiz Mehdiyevlə yanaşı çəkilməsi...

“Daş yuxular” romanıma görə yalnız Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilmişəm.

Bunu yazıçı Əkrəm Əylisli Kult.az-a açıqlamasında “Daş Yuxular” romanına görə bütün titullarının əlindən alınması ilə bağlı bu gün mətbuatda dərc olunan yazıya münasibət bildirərkən deyib.

“Heç bir təltifimi almayıblar, hamısı yerindədir. “İstiqal”, “Şöhrət” ordenlərinə heç kim toxunmayıb. Hansı yolla toxuna bilərlər, onu deyə bilmərəm. Mənə "Şöhrət" ordenini 60 yaşımda Heydər Əliyev verib. 65 yaşımda da "İstiqlal" ordenini. Məndən yalnız prezidentin sərəncamı ilə “Xalq yazıçısı” adı və “Prezidentin fərdi təqaüdü” alınıb. Mən əməkdar incəsənət xadimiyəm. Bu ada heç kəs toxunmayıb. Adama təsir edir ki, bu cür söz yoxdur, olmayan şeyi niyə yazırlar? İndi o vaxtı məndən onları aldılar, mən neyniyə bilərəm ki? Baxmayaraq ki, “Daş yuxular”ın haqqında münasibətlər var, dünyanın yarısı o əsəri təqdir elədi. Axı mənim adım niyə Ramiz Mehdiyevlə yanaşı çəkilməlidir?! Ramiz Mehdiyevdən ordeni almayıblar hələ”, - Əkrəm Əylisli bildirib.

Tarix
2025.10.23 / 17:55
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla