Yuxarı

“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edildi - Foto

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib.

Kult.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir.

Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.

Tarix
2025.10.22 / 16:40
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubova orden təqdim etdi - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla