Yuxarı

İlham Əliyev sübut etdi ki... - Simonyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sübut etdi ki... - Simonyan

Bu, sülhün bərqərar olduğunun sübutudur və ya onun dəlillərindən biridir. Əminəm ki, yaxın gələcəkdə bu cür ikitərəfli addımlar əskik olmayacaq. Azərbaycan Prezidentinin bəyanatını alqışlayıram. Çox vacib məsələlərimiz var, onların da tezliklə həllini gözləyirik.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündən də danışıb:

“Görüşü çox müsbət qiymətləndirirəm. Hər iki tərəfdən belə bir yanaşma var ki, parlamentlər sülh reallığında yaşamaq üçün cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Mənim həmkarım da belə bir fikirdədir. Çox müsbət və isti görüş oldu. Razılaşdıq ki, hər iki tərəfdən konkret addımlar atmaq üçün mexanizm təklif edək, müzakirə edək”.

Tarix
2025.10.22 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla