Yuxarı

"AzerGold" və Abu Dabi Ticarət Bankının nümayəndələri görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"AzerGold" və Abu Dabi Ticarət Bankının nümayəndələri görüşdü

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Abu Dabi Ticarət Bankının (Abu Dhabi Commercial Bank – ADCB) nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Zakir İbrahimov qonaqlara “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O, Cəmiyyət tərəfindən dağ-mədən sənayesinin inkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Öz növbəsində Abu Dabi Ticarət Bankının nümayəndələri AzerGold QSC-nin Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geoloji kəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Tarix
2025.10.22 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubova orden təqdim etdi - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla