
"Qarabağ" - "Atletik"ə qarşı: start heyətləri açıqlandı
19:48
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
22 oktyabrda Strateji Nüvə Qüvvələri Prezident Vladimir Putinin rəhbərliyi altında təlim keçirib.
Axar.az xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.
Məlumata görə, təlimdə bir neçə qitələrarası ballistik və qanadlı raket buraxılıb.
Bildirilib ki, Plesetsk kosmodromunda “Yars” raket sistemi, Barents dənizindəki “Bryansk” sualtı qayığından “Sineva” ballistik raketi və Tu-95MS strateji bombardmançıları vasitəsilə bir neçə raket buraxılıb.
Rusiya Prezidenti Vladimir Putin Situasiya Mərkəzinin hərbi qulluqçuları ilə görüşündə təlimin planlı rejimdə aparıldığını deyib.
Tarix
2025.10.22 / 17:18
|
Müəllif
Sevgi İsmayılbəyli
|