Yuxarı

Bakıda "Traktor"un oyunu yayımlandı, İranda etiraz başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "Traktor"un oyunu yayımlandı, İranda etiraz başladı

“İdman Azərbaycan” televizya kanalının Təbrizin "Traktor" komandasının oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların rəğbəti ilə qarşılaşsa da, bəzi dairələrin narahatlığna səbəb olub.

Axar.az xəbər verir ki, bununla bağlı İran sosial media şəbəkəsində paylaşımlar edilib.

Narazılar bunu Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsi olduğunu iddia edib, "İran komandası"nın oyunlarının "başqa dildə" şərhindən narahatlıqlarını bildiriblər.

Onların fikrincə, bu, İranda Azərbaycan dilinin təsirinin və bu dilə marağın artmasına, İranda yaşayan azərbaycanlılar arasında İranın rəsmi dövlət dilinin nüfuzunun azalmasına səbəb olur.

Bu paylaşımlardan sonra "Traktor" komandasının tərəfdarları narazılara cavab olaraq videolar paylaşıb, İran kanallarının Təbriz təmsilçisinin qarşılaşmalarını, xüsusən qələbələrini sönük işıqlandırdığını bildiriblər.

Qeyd edək ki, son həftələr İdmanTV-nin "Traktor"un oyunlarını canlı yayımlaması güneylilərin əksəriyyətinin Təbriz təmsilçisinin oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləməsinə səbəb olub.

Bu, həm də Şərqi Azərbaycan əyalətinin “Səhənd” və İranın "Vərzeş 3" kanallarının izləyicilərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Bununla eyni vaxtda azərbaycanlı sosial media fəalları və "Traktor" azarkeşləri İdmanTV-nin "Traktor"un oyunlarından verdiyi şərhlərdən videolar yayaraq, İran kanallarının aparıcıları və idman şərhçilərinin çıxışları ilə müqayisə ediblər.

Onların müqayisəli videolardan çıxardıqları nəticəyə görə, İdmanTV kanalı yarışları daha yaxşı şərh edir, Azərbaycan dilində olan şərhlər daha keyfiyyətli olur və "Traktor"çuların ana dillərində təqdim edilən oyunlar azarkeşlərin rəğbətini qazanır.

Tarix
2025.10.22 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla