Yuxarı

Bu qidalar beyin damarlarına zərər verə bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş arası təxminən 9 min insanın məlumatları təhlil edilib.

Araşdırma zamanı məlum olub ki, ən çox emal olunmuş qida qəbul edən hər 9 nəfərdən birində beyin damarlarının zədələnməsi əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az qəbul edənlər arasında hər 12 nəfərdən bir olub.

MRT müayinələri zamanı beyində iki növ dəyişiklik müəyyən edilib. Bunlardan biri sinir hüceyrələri arasında əlaqəni təmin edən ağ maddədə yaranan dəyişikliklər, digəri isə qan dövranının pozulması nəticəsində zədələnmiş beyin toxumaları olub.

Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər gələcəkdə insult, zehni qabiliyyətlərin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola bilər.

Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə müşahidə edilib.

Bununla belə, alimlər araşdırmanın emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Əlaqənin dəqiq müəyyənləşdirilməsi üçün əlavə və uzunmüddətli tədqiqatlara ehtiyac var.

Tarix
2026.10.25 / 02:23
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla