Yuxarı

Canni İnfantino İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi

FİFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, bununla bağlı FİFA prezidenti İnstaqram hesabında paylaşım edib.

C.İnfantino turnirin açılış mərasimini fantastik adlandırıb:

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FİFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FİFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk", - paylaşımda deyilir.

Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6-0 hesabı ilə məğlub edib.

Tarix
2026.10.25 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla