Yuxarı

DYP-dən bu şəxslərə çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən bu şəxslərə çağırış

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Qeyd olunub ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yanğına meyilli olması, belə halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratması barədə daşıyıcı şirkət nümayəndələrinə geniş məlumat verib.

Bununla yanaşı, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması, vaxtında texniki baxışa təqdim edilməsi, əlavə avadanlıq quraşdırılması və ya konstruksiya dəyişikliyi kimi müdaxilələrin yolverilməzliyi, həmçinin onların istifadəyə yararlı və normativ tələblərə uyğun yanğınsöndürmə vasitələri ilə təchiz edilməsinin də yanğın əleyhinə qabaqlayıcı tədbirlərdən olduğunu qeyd edən məruzəçi həyatını sürücüyə etibar edən sərnişinlərin etimadını doğrultmağın istər mənəvi, istərsə də hüquqi baxımdan məsuliyyətlı bir məsələ olmasını bir daha daşıyıcıların diqqətinə çatdırıb.

Tarix
2025.10.22 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla