
Rusiyada nə baş verir? - Daha bir partlayış...
00:56
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Litva Belarusa etiraz notası göndərib.
Axar.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Vurğulanıb ki, tütün məmulatlarının Litvaya keçirilməsi üçün istifadə edilən meteoroloji balonlardan istifadə ölkənin hava məkanının pozulmasıdır. Bu səbəbdən də Vilnüsdəki Belarusun müvəqqəti işlər vəkili nazirliyə çağırılıb və ona qonşu ölkədən hava məkanının dəfələrlə və artan pozuntularına qarşı etiraz notası təqdim edilib.
Qeyd edək ki, oktyabrın 22-də Litvaya Belarusdan qaçaqmal yolu ilə malların keçirildiyi xəbəri yayılıb.
Tarix
2025.10.22 / 22:05
|
Müəllif
Axar.az
|