Yuxarı

Musa Qasımlının Ramiz Mehdiyev haqda “şedevri”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musa Qasımlının Ramiz Mehdiyev haqda “şedevri”

2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”.

Kult.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev qeyd edib.

Musa Qasımlının Ramiz Mehdiyev haqda sözügedən məqaləsini təqdim edirik:

“Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə baglı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin oldugu danılmazdır. Dövrün şərtləri cərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı bogulmaga qoymayan milli ruhlu dövlət adamlarımıza bugünkü və gələcək nəsillər borcludur.

1980-ci illərin sonlarında Ermənistandan - tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmaga, onların suallarını cavablandırmaga mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi. Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindan vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət və partiya xadimlərinin xalqın içərisində görünməyə cürət edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmusam.

Bunu yalnız bütün varlıgı və fəaliyyati ilə xalqına qəlbən baglı olan dövlət adamı edə bilər.

Ramiz müəllim mənə həmişə sadə, səmimi va mehriban bir insan təsiri bagışlamışdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəsəm olmasına çalisan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan va mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculugu siyasətinin həyata keçirilməsində asas simalardan olan Ramiz Mehdiyevə uzun ömür, möhkəm cansaglıgı, dövləti fəaliyyətində və elmi yaradıcılıgında ugurlar arzulayıram”.

Qeyd edək ki, Musa Qasımlı Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun qurucu direktoru (2015–2024), AMEA-nın müxbir üzvü (2017), Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI, VII çağırış deputatıdır. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir.

Tarix
2025.10.20 / 14:35
Müəllif
Kult.az
Digər xəbərlər

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla