Yuxarı

Nazirlik xalq artistinin ailəsinin şikayətinə aydınlıq gətirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik xalq artistinin ailəsinin şikayətinə aydınlıq gətirdi

14:21

Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Kult.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə xalq artistinin qızı əlavə edib.

Qeyd edək ki, xalq artisti bu ilin mart ayında vəfat edib.

***

Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun ailəsinin şikayətlərinə aydınlıq gətirib.

Nazirilikdən bilidirib ki, qurumum fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

“Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır”, - cavabda bildirilib.

Qeyd edilib ki, xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə nazirlik onun vəziyyətini daim diqqətdə saxlayıb, müalicə prosesinə mümkün dəstəyi göstərib:

“Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirib.

Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır”.

Tarix
2025.10.13 / 16:41
Müəllif
Kult.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla