Yuxarı

Rüstəmxanlı "Azərbaycan"ın ilk nömrəsindən danışdı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı "Azərbaycan"ın ilk nömrəsindən danışdı - Video

“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk müstəqil, demokratik qəzeti olan "Azərbaycan"ın ilk nömrəsinin oxuculara çatdırılmasının 36 illiyinə həsr olunub.

Kult.az xəbər verir ki, verilişin müəllifi, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, sovet dönəmində belə bir qəzetin çap olunması gözlənilməz bir hadisə idi. Onun sözlərinə görə, bundan 2 il sonra isə Azərbaycan öz müstəqilliyi ilə bağlı konstitusiya aktını qəbul elədi.

S.Rüstəmxanlı qeyd edib ki, "Azərbaycan" adını daşıyan ilk mətbuat orqanı 19-cu əsrdə Güney Azərbaycanda olub. Bu mətbu orqanından əlavə hazırda 36 yaşını qeyd edən "Azərbaycan" qəzetinə qədər daha 2 eyniadlı qəzet işıq üzü görüb.

Birincisi 1918-20-ci illərdə dərc olunub. Onun tam küllüyyatı 20 cilddə müasir əlifba ilə işıq üzü görüb. Qəzetin ilk nömrəsi Gəncədə çapdan çıxıb. "Azərbaycan" adında ikinci qəzetimiz isə 1945-46-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin qəzetidir və Seyid Cəfər Pişəvərinin redaktorluğu ilə çap olunub.

Bəs 3 eyniadlı qəzeti bir-birindən fərqləndirən və bir-birinin sələfi edən məqamlar nələrdir? Millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzeti və eyniadlı digər 2 qəzetlə bağlı diqqətçəkən, milli kimliyimiz üçün önəm daşıyan məqamlara toxunub.

Ətraflı videoda:

Tarix
2025.10.06 / 23:17
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla