16:24
Mingəçevir şəhərində 49 yaşlı kişi mehmanxanada ölüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, C.Rəhimov Mingəçevir Avtovağzal MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.
Teleqraf-ın məlumatına görə, icraçı direktor Mingəçevir Avtovağzalının hotelində vəfat edib. Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.
Vəfat edən zaman istirahət otağında onun tək olduğu bildirilir.
İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.
Əlində telefon otaqdan çıxış qapısı önündə yerə yıxılaraq həyatını itirib.