Yuxarı

AzerGold QSC-nin nümayəndə heyəti Türkiyə və Qırğızıstanda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzerGold QSC-nin nümayəndə heyəti Türkiyə və Qırğızıstanda...

AzerGold QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının İzmir, Çanaqqala şəhərləri və Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.

Səfərlər qardaş türk dövlətləri ilə dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşlıqlı investisiya potensialının genişləndirilməsi, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, tədqiqi, işlənilməsi və emalı sahəsində texniki təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Türkiyə Respublikasına səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri “Tümad”, “Zenit”, “Bilfer” mədənlərində olublar. Görüşlər çərçicəsində iki ölkə arasında dağ-mədən sənayesində mövcud uğurlu əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə və bilik mübadiləsi, eləcə də gələcək birgə layihələrin idarə olunması istiqamətində səmərəli müzakirələr aparılıb.

Nümayəndə heyəti daha sonra Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin dəvəti ilə Bişkek şəhərinə səfər edib. Səfər çərçivəsində Nazir müavini Marat Jusufbekov və bu ölkənin aparıcı dağ-mədən şirkəti “Qırğızaltın” MMC-nin rəhbər şəxsləri ilə görüşlər keçirilib. “AzerGold” QSC-nin dağ-mədən sənayesindəki qabaqcıl təcrübəsi, qarşılıqlı əməkdaşlıq və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Qırğızıstanın Unkurtaş, Sarıtyube və Karatyube qızıl yataqlarının texniki-geoloji dəyərləndirilməsi, potensial investisiya imkanları, habelə geoloji tədqiqat və kadr hazırlığı sahəsində qarşılıqlı təlim və təcrübə mübadiləsi proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. Qırğız tərəfi bu istiqamətdə “AzerGold” QSC ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin uzun illər xarici şirkət tərəfindən istismar edilən, hazırda isə Qırğızıstana məxsus “Kumtor Gold” şirkəti tərəfindən idarə olunan “Kumtor” qızıl mədənində də olub. Burada nümayəndələr açıq karxana və yeraltı mədən üsulu ilə qızıl hasilatı prosesi ilə yaxından tanış olub, yerli mədənçıxarma təcrübəsini əyani surətdə müşahidə edib.

Qeyd edək ki, bu tip səfərlər “AzerGold” QSC-nin beynəlxalq əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi olmaqla, regional əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verir. Səfər zamanı əldə olunan razılaşmalar və fikir mübadiləsi, tərəflər arasında gələcəkdə həyata keçiriləcək layihələrin səmərəli icrası üçün möhkəm zəmin yaradır.

Tarix
2025.10.13 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Overçukla görüşdü

Tramp Azərbaycan və Ermənistan arasındakı sülhdən danışdı

Orbanın Əliyevə qardaş ehtiramı: baş əydi – Video

İlham Əliyev sammitdə onlarla görüşdü - Video

Bu, böyük səhv idi, Şuşa alınarkən İranda...

Ərdoğandan azərbaycanlılarla bağlı – Mühüm qərar

Misirdə Əliyev-Paşinyan görüşündən - Maraqlı foto

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - Video

Overçuk Bakıda danışdı: Moskva, Bakı və Tehran...

Bakıda mühüm üçtərəfli görüş keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla