Yuxarı

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

14:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır.

Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

İmzalanma mərasimindən sonra bəyanatınla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirdi:

“Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 32 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun”.

Tarix
2025.10.13 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla