Yuxarı

Azərbaycanlı pilotdan dünya rekordu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı pilotdan dünya rekordu

Bu il İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub.

2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.

Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb. Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, "BirelArt" komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.

Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorentso Pinyanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.

Davin Cəfərov yekunda finişə 8-ci çatıb.

Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri "BirelArt" tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən "AW Rasinq" komandasının rəhbərliyi də olub. Komanda Cəfərova öz sıralarına qoşulmağı təklif edib. Lakin gənc pilot hələlik "BirelArt" komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub.

İlin sonuna qədər Davinin daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

Tarix
2025.10.13 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla