Yuxarı

Daha bir ölkə Hörmüzlə bağlı sərt addım atacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkə Hörmüzlə bağlı sərt addım atacaq

Hörmüz boğazında müharibədən əvvəlki status-kvonun bərpa olunması artıq mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə Oman nümayəndələri avropalı rəsmilərə bildiriblər.

“Blumberq”in öz mənbələrinə istinadən yaydığı məlumata görə, boğazdan keçən neft tankerləri müəyyən ödənişlər etməyə məcbur ola bilərlər.

Qeyd olunur ki, Oman rəsmiləri beynəlxalq dəniz hüququna həmişə əməl edəcəklərini bildirsələr də, boğazın təmizlənməsi, gəmilərin təhlükəsiz naviqasiyasına yardım göstərilməsi və digər əlaqəli xidmətlər üçün rüsum tətbiq edə biləcəklərini qeyd ediblər. Hələlik bu ödənişlərin məcburi olub-olmayacağı dəqiq deyil.

Bildirilir ki, Oman və İran dünyanın neft və mayeləşdirilmiş təbii qaz daşımaları üçün ən mühüm dəniz yollarından biri olan Hörmüz boğazına nəzarət edən ölkələrdir. Hazırda ABŞ və İran sülh danışıqları aparırlar və Tehran Hörmüz boğazında gəmi hərəkətinin Omanla birgə idarə olunmasını tələb edir.

Mütəxəssislərin fikrincə, gəmilərin hərəkətində baş verəcək istənilən gecikmələr xammal treyderləri və dəniz daşımaları şirkətləri üçün hər il on milyardlarla dollar əlavə xərc yarada bilər. ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bir sıra ölkələrin hökumətləri isə belə addımların beynəlxalq dəniz hüququnu poza biləcəyi barədə xəbərdarlıq ediblər.

Tarix
2026.06.27 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla