Yuxarı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Axar.az xəbər verir ki, H.Hacıyev bu barədə X sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib.

H.Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan və NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə edilmiş irəliləyiş qeyd olunub:

"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".

Tarix
2026.06.25 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla