Yuxarı

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb

Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq.

Kult.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib.

"5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur. Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik", deyə Xəyal Rza bildirib.

AYB təmsilçisi onu da əlavə edib ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız qurultaydan sonra baxılacaq:

"Qurultayın 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur".

Xatırladaq ki, bir müddət əvvəl AYB üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib. İllik üzvlük haqqı 15 manat təşkil edir.

Tarix
2026.06.18 / 14:00
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla