Yuxarı

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur. Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahu İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-la imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dakı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-a ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.

Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dan əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”, - politoloq vurğulayıb.

Tarix
2026.07.25 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla