Yuxarı

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Nyu York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəyə üzv seçilib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.

Bununla yanaşı, ölkəmiz əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.

Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.

Tarix
2026.06.26 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla