Yuxarı

Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama

Xalq artisti Flora Kərimovanın müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Kult.az xəbər verir ki, bu barədə Report-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, xalq artistinin səhhəti normaldır.

"Biz onsuz da hər il iki dəfə onu həkim müayinəsinə gətiririk. Bu dəfə həkimlər belə məsləhət gördü ki, bir az xəstəxana şəraitində müalicə alsın. Hazırda xəstəxanadadır. Qidalanması da, əhvalı da normaldır".

Yaqut İmanova xalq artistinin evə buraxılmasına həkimlərin qərar verəcəyini deyib.

"Hələlik evə buraxılması gözlənilmir. İrəliləyən günlərdə ola bilər".

Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Tarix
2026.06.15 / 11:24
Müəllif
Kult.az
Digər xəbərlər

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

İranı sahildən “qovmaq” planı - Tehranın cavabı ağır olacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla