Yuxarı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video

İsmayıllı rayonunun Zərnava kəndinə gedən yolda, Girdiman çayı üzərində yerləşən asma körpüdən istifadə edənlərdən ödəniş tələb olunur.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, körpü 1997-ci ildə kənd sakini Sərraf Abdulrəhimovun təşəbbüsü ilə elə sakinlərin vəsaiti hesabına inşa edilib.

Belə ki, Girdiman çayında tez-tez baş verən sel və daşqınlar zamanı sakinlərin çayı keçməkdə çətinlik çəkməsi körpünün tikintisini zəruri edib.

İndi isə bu körpüdən istifadəyə görə sakinlərdən pul yığılır:

Asma körpü uzun illər ərzində kənd sakinlərinin çay üzərindən təhlükəsiz keçidini təmin edib. Zaman keçdikcə bu məkan yerli və xarici turistlərin də diqqətini cəlb edərək bölgənin tanınmış turizm məkanlarından birinə çevrilib. Körpüdə çəkilən foto və videolar sosial şəbəkələrdə geniş şəkildə paylaşılır.

Lakin, son vaxtlar körpüdən istifadə edən şəxslərdən ödəniş tələb olunması birmənalı qarşılanmayıb.

Məlum olub ki, körpünün istismarı üçün MMC yaradılıb. Ödənişlər də həmin MMC tərəfindən qəbul edilir. Zərnava kəndinin də daxil olduğu Lahıc bələdiyyəsindən bildirilib ki, bələdiyyə ilə "Asma Körpü" MMC arasında müqavilə bağlanıb və körpü mövsümi istifadəyə verilib. O da qeyd edilib ki, ödəniş könüllü xarakter daşıyır, yəni hər kəs pul vermək məcburiyyətində deyil.

Tarix
2026.06.27 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla