Yuxarı

Rusiyada yaşayan əcnəbilərə pis xəbər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada yaşayan əcnəbilərə pis xəbər...

Rusiya hökuməti gələn il xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3010 müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyənləşdirib.

Axar.az xəbər verir ki, bu barədə hökumət müvafiq qərar qəbul edib. Kvota üzrə ehtiyat icazələrin sayı da 1 140-dan 900-ə endirilib.

Ən çox icazə Moskva şəhərinə və Moskva vilayətinə ayrılıb. Bu ərazilər üçün müvafiq olaraq 500 və 250 icazə nəzərdə tutulub. Sankt-Peterburq üçün kvota 100-dən 50-yə, Leninqrad vilayəti üçün isə 50-dən 25-ə endirilib.

Ən az kvota Yəhudi Muxtar Vilayəti, Tuva Respublikası, Xakasiya Respublikası və Kostroma vilayəti üçün nəzərdə tutulub. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.

Kvota hər il miqrasiya vəziyyəti və Rusiyanın regionlarının iqtisadi durumu nəzərə alınmaqla, regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir.

Tarix
2026.10.09 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla