Yuxarı

Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Təbərik Kadırovaya respublikanın ən yüksək dövlət mükafatı olan "Kadırov ordeni"ni təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə "Qafqaz.Realii" nəşri məlumat yayıb.

Qroznı meriyasının açıqlamasına görə, Təbərik Kadırova babası, Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun fəaliyyətinə şəxsi töhfəsinə, eləcə də "vicdanlı və qüsursuz fəaliyyətinə" görə mükafatlandırılıb.

Meriyadan bildirilib ki, Təbərik Kadırova sahibkarlığın və region iqtisadiyyatının inkişafında fəal iştirak edən, məsuliyyətli və uzaqgörən rəhbər kimi tanınıb.

Çeçenistan rəhbərinin qızına bir neçə müəssisəni birləşdirən "İrs Qrup" şirkətlər qrupu məxsusdur. Qrupa Koreya küçə yeməkləri restoranı və "Qroznı Taksi" şirkəti də daxildir. Sonuncu şirkət daha əvvəl yerli taksi bazarında inhisarçılıqda ittiham olunub.

Təbərik Kadırova həmçinin "Darba Pharmacy" apteklər şəbəkəsi ilə əlaqələndirilir. Atası və Çeçenistan rəsmiləri bu şəbəkənin reklamını 53 rəqib aptekin bağlanması fonunda aparıblar.

Mükafatlandırma ilə bağlı açıqlamadan məlum olub ki, Təbərik Kadırova "Vəhdət" adlı qeyri-kommersiya Sahibkarlığın İnkişafı Mərkəzinin də təsisçisidir. Mərkəzin konkret olaraq hansı fəaliyyətlə məşğul olduğu açıqlanmayıb.

Təbərik Kadırova ABŞ, Yaponiya və Ukraynanın sanksiyaları altındadır. O, Çeçenistan rəhbərinin dövlət vəzifəsi tutmayan yetkinlik yaşına çatmış övladları arasında yeganə şəxsdir.

2024-cü ildə Kadırova sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinin artırılmasına verdiyi töhfəyə görə "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə də təltif olunub.

Onun həyat yoldaşı Ramzan Vismuradov Çeçenistanın Gənclərlə İş üzrə Nazirliyinə rəhbərlik edir.

Tarix
2026.10.09 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla