Yuxarı

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Avropa Birliyi Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar kontekstində bunun xüsusi əhəmiyyətini vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) adı açıqlanmayan nümayəndəsi Report-a bildirib.

"Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyə töhfə verir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, AB Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, Avropa Birliyi və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların köməyi də mühüm rol oynayır. Bu, Ukraynanın təcili ehtiyaclarını ödəməyə və onun dayanıqlığını gücləndirməyə kömək edir.

AB-nin xarici siyasət rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, vacib infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusən də qış yaxınlaşdıqca sakinləri qorxutmaq, iqtisadiyyatı sarsıtmaq və ölkənin dayanıqlığını zəiflətmək məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım olaraq daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2,5 milyon manat olub. Buraya transformatorlar, 186 km elektrik kabelləri, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.

Tarix
2026.10.09 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla