Yuxarı

Xalq şairinin yubileyi Xətaidə bu cür qeyd olundu - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairinin yubileyi Xətaidə bu cür qeyd olundu - Video

23 iyun 2026-cı il tarixində Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, xalq artisti Əli Nur, şair, publisist Baba Vəziroğlu, əməkdar artist Dilarə Əliyeva, şair İlqar Fəhmi, şair Rüstəm Behrudi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.

Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, 20 may 2026-cı il tarixində Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Tarix
2026.06.24 / 15:20
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla