Yuxarı

18 may 1992: Ölüm anında əsgər əlini uzadır... - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 may 1992: Ölüm anında əsgər əlini uzadır... - Foto

1992-ci ilin 18 mayı. Laçının işğal günündə ermənilər video çəkiblər. Bu foto həmin videodan skrindir. Maşının içində əlində avtomatla ölən adı bəlli olmayan əsgərimiz ermənilərin bayrağı qoparmaması üçün son dəfə əlini uzadır və şəhid olur.

Kadrda davam olaraq işğalçı erməni maşının pəncələrini qıraraq onun əlindən avtomatı alır.

Hər dəfə 26 iyun Milli Ordu günü yadıma bu kadr düşür: Azərbaycan əsgərinin bayraq və vətən sevgisi.

1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusu ilə başlanan Mill Ordumuz çox çətinliklər və əziyyətlər yaşayıb. Böyük imperiyaların havadarlıq etdiyi dövlətlər ilə savaşıb. Müvəqqəti məğlubiyyətlərə baxmayaraq, Qalib Ordu olub sonunda.

1918-ci ildən torpaqları azad edib, 1920-ci ilin əvvələrində Şuşa və Xankəndidə bayraq qaldıran ordunun varisləri 2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndidə onu “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə bərpa ediblər.

Üç rəngli bayraq Cümhuriyyətin bizə mirasıdır.

Hər bir döyüşə gedən, hərbi xidmətdə olan və istənilən formada, hərbi, yoxsa mülki geyimdə, Vətəni qoruyanlar üçün bu üç rəng və onun ayı-ulduzu candan əziz, ömürdən dəyərli olub.

Bu əsgərimiz, Natiq Qasımov və digərləri kimi...

Bayrağı bayraq edən onun əsgəri, zabiti və ordusudur. Bayrağın hər rənginin üzərində şəhidin, qazinin və əsgərin, zabitin qanı var. Bu qan min illərdən bəri davam edən dövlətçilik tariximizin damarından axır.

26 iyunu da iyun edən Ordumuz və Silahlı Qüvvələrimiz kimi...

Vətən üçün övlad yetişdirib onu Ordunun bir parçası edən valideyinlər başda olmaqla Ordu üzvü olan, olmuş və olacaq hər bir AZƏRBAYCAN vətəndaşını təbrik edirəm..

Doğulanda və öləndə əlimizdə Bayraq olsun, Dövlət var olsun!

Millət və xalq var olsun!

Azərbaycan var olsun!

Ordumuz var olsun!

Tarix
2026.06.26 / 12:10
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla