Yuxarı

Qubada bu kəndlərin adı dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada bu kəndlərin adı dəyişdirilir

Quba rayonunda iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təklif olunur.

Axar.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 16-da keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

Layihəyə əsasən Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.

Belə ki, Quba rayonunun Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndləri Bəhrəli-Çinarlı bələdiyyəsinin tərkibinə daxil ediləcək.

Quba rayonunun Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndləri isə Elbir bələdiyyəsinin tərkibinə daxil ediləcək.

Layihəyə təklif edilən dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tarix
2026.09.16 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı onunla Bakı ilə münasibətləri müzakirə etdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla