Yuxarı

“AzerGold”dan bu peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold”dan bu peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək

AzerGold QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aspire EdTech” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.

“Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri və məzunları üçün əlçatan olacaq.

Ənənəvi tədris prosesini rəqəmsal resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində “AzerGold” QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, rəqəmsal təhsil layihəsi çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.

Məqsəd bu peşələr üzrə nəzəri biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs eyni zamanda, dağ-mədən sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha sıx əlaqələndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, təhsilin inkişafı və dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi AzerGold QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub. Təqaüd Proqramının qaliblərindən 19 nəfəri hazırda “AzerGold” QSC-nin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir.

Tarix
2026.09.16 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla