Yuxarı

Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar

Mərhum xalq artisti Ramiz Əzizbəylinin külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən kürəkəni Rüfət Qasımzadənin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə müraciət araşdırılsa da, təmin edilməyib, əvvəlki qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rüfət Qasımzadə və Məmməd Məmmədzadə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tutulublar.

Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, iş aidiyyəti üzrə Nəsimi Rayon Prokurorluğuna verilib. Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iş üzrə 4 nəfər zərərçəkmiş kimi tanınıb. İttihama görə, təqsirləndirilən şəxslər Ə.Allahverdiyevin 317 min manatını, E.Mahmudbəylinin 66 500 ABŞ dollarını (113 050 manat), E.Seyidovun 143 min ABŞ dollarını (243 min 100 manat), M.Cəfərovun isə 50 600 ABŞ dollarını (86 020 manat) dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər qızıl alveri adı ilə zərərçəkmişlərin etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini mənimsəməkdə - ümumilikdə 759 min 170 manat dələduzluqda təqdirləndirilirlər.

Əlavə edək ki, təqsirləndirilən Rüfət Qasımzadə Xalq artisti, məhrum aktyor Ramiz Əzizbəylinin kürəkəni, eyni zamanda bacısının oğludur.

Tarix
2026.10.23 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla